bazar ertəsi, 23 iyun 2025

DÜNYA FUTBOLU

Dibala  "Barselona"da oynamaq istəyir

10.06.2020 11:42 Oxundu 468

"Yuventus"un hücumçusu Paulo Dibala "Barselona"da oynamaq istəyir.

Cempion.az xəbər verir ki, bu sözləri Dibala CNN-ə açıqlamasında qeyd edib:

"Həqiqətən də, "Barselona" böyük, dünya səviyyəli komandadı. Messi ilə birlikdə daha da önəm qazanırlar. "Barselona"da oynamaq gözəl olardı. Amma "Yuventus" da inanılmaz klubdu. "Yuve" zəngin tarixə sahibdi. Hazırda komandada böyük oyunçular çıxış edir".

Argentinalı futbolçu 2015-ci ildə 40 milyon avro qarşılığında "Palermo"dan "Yuventus"a transfer olub. Cari mövsümdə A Seriyasında 24 matçda meydana çıxan Dibala 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.