bazar ertəsi, 23 iyun 2025

ŞAHMAT

Məmmədyarov ən güclü turnirdə çıxış edəcək

10.06.2020 12:30 Oxundu 491


Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Şarja Şahmat Klubunun təşkil etdiyi onlayn turnirdə oynayacaq. 

Cempion.az FIDE-nin rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, 35 yaşlı qrossmeysterlə yanaşı, turnirə Saleh Salem, Pentala Harikrişna, Bassem Amin, Rustam Kasımcanov, Radoslav Voytaşek qatılacaq. Onlar rapid növündə mübarizə aparacaqlar.

Qeyd edək ki, 12-13 iyunda keçiriləcək yarış ərəb dünyasının ən güclü şahmat turnirlərindən hesab olunur. Mükafat fondu 10 min ABŞ dollarıdır.