10.06.2020 13:32
479

“Yuventus”un futbolçusu Kriştiano Ronaldu yay transfer pəncərəsi dövründə komandadan ayrıla bilər.
Cempion.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Petro Baltsano məlumat yayıb. O, Ronaldu ilə “Yuventus” arasında fikir ayrılığı olduğunu və portuqaliyalı hücumçunun mövsümün sonunda komandadan ayrıla biləcəyini deyib.
Baltsano, bu məlumatların şayiə olmadığını, əksinə, xüsusi xəbərlər olduğunu da bildirib. Bununla bağlı o, “tvitter” hesabında paylaşım edib.
Qeyd edək ki, portuqaliyalı ulduzun “Yuventus”la müqaviləsi 2022-ci ilin yayına qədərdir.