10.06.2020 14:30
455


Transfer dövüründə PSJ-dən ayrılacağını açıqlayan Tyaqo Silva yeni klubu maraqla gözlənilir.
Cempion.az Fransa mətbuatına istinadən xəbər verir ki, Avropa klubları 35 yaşındakı müdafiəçini transfer siyahısına alıb.
Xəbərdə bildirilir ki, ''Everton'' və ''Milan'' klubları brazilyalı Silva üçün hərəkətə keçiblər. Hər iki komandanın yaxın günlərdə PSJ tərəfinə təklif göndərəcəkləri gözlənilir.
Qeyd edək ki, 8 ildir ki, Fransa kulubunda forma geyinən futbolçu 310 rəsmi oyuna çıxıb və 23 dəfə kubok sevinci yaşayıb.