bazar ertəsi, 23 iyun 2025

DÜNYA FUTBOLU

UEFA-nın Avrokuboklarla bağlı qərarı bilindi

10.06.2020 15:00 Oxundu 483


UEFA İcraiyyə Komitəsinin Çempionlar Liqası barədə planı bəlli olub. 

Cempion.az AS nəşrinə istinadən xəbər verir ki, qurum 1/8 final mərhələsinin cavab matçlarını 8-9 avqustda keçirməyi planlaşdırır. 

Avqustun 12-dən isə Portuqaliyanın Lissabon şəhərində 8 komandadan ibarət mini-turnir təşkil olunacaq. Matçlar "Jose Alvalade" və "Estadio da Luş" stadionlarında baş tutacaq. 

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin iclası iyunun 17-də olacaq.