10.06.2020 16:34
440


İsmael Bennaser növbəti mövsümü də "Milan"da keçirəcək.
Cempion.az xəbər verir ki, jurnalist Nikolo Skiranın "Twitter" hesabında məlumat verib ki, "Milan" Bennaserlə yolları ayırmaq niyyətində deyil. Əlcəzairli futbolçunun transferi müzakirə mövzusu deyil. Bennaserin rəhbərliyin "yeni "Milan" layihəsinin təməl parçalarından olacağı bildirilir.
Qeyd edək ki, daha öncə PSJ-nin 22 yaşlı yarımmüdafiəçini transfer etmək istədiyinə dair xəbərlər yayılmışdı.