bazar ertəsi, 23 iyun 2025

DÜNYA FUTBOLU

FİFA-dan açıqlama

10.06.2020 17:09 Oxundu 477


FIFA 2023-cü ildə keçiriləcək qadınlar arasındakı dünya çempionatına ev sahibliyi üçün namizədləri açıqlayıb. 

Cempion.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, mundiala Avstraliya və Yeni Zelandiya birlikdə təşkilatçılıq etmək niyyətindədir. 

Bunlardan əlavə, Kolumbiya və Yaponiya da yarışı keçirməyə iddialıdır. Ali futbol qurumu Braziliya Futbol Konfederasiyasının dünya çempionatına ev sahibliyi üçün müraciətini geri götürdüyünü təsdiqləyib. 

Qeyd edək ki, DÇ-2023-ün ev sahibi iyunun 25-də səsvermə yolu ilə bəlli olacaq.