bazar ertəsi, 23 iyun 2025

BİZİM FUTBOL

"Sumqayıt" və "Qəbələ" oyununda qalib müəyyənləşməyib

11.06.2020 09:43 Oxundu 472


Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün qalan hissəsinə hazırlaşan "Sumqayıt" və "Qəbələ" komandaları yoxlama oyununda üz-üzə gəlib.

Cempion.az xəbər verir ki, "Kapital Bank Arena"da təşkil olunmuş qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

İlk qolu 7-ci dəqiqədə meydan sahiblərinin istedadlı futbolçusu Elvin Cəfərquliyev vurub. 35-ci dəqiqədə "Sumqayıt"ın hücumçusu Mehdi Şərifi penaltidən yararlana bilməyib.

Əvəzində "Qəbələ"dən Roman Hüseynov 40-cı dəqiqədə bərabərlik qolunu vurub, 59-cu dəqiqədə isə Nikolas Raysel penaltini dəqiq yerinə yetirib.

"Sumqayıt"ın bərabərlik qoluna 73-cü dəqiqədə Amil Yunanov imza atıb.

Beləliklə, bu gün keçirilmiş hər üç oyunda qapılara 4 qol vurulub. Daha əvvəl "Neftçi" "Keşlə"ni 3:1 hesabı ilə yenib. "Zirə" - "Səbail" oyununda isə qalib müəyyənləşməyib - 2:2.