bazar ertəsi, 22 dekabr 2025

DÜNYA FUTBOLU

“Mançester Siti” Leroy Saneni satmağa hazırdır

11.06.2020 11:13 Oxundu 539


“Mançester Siti” futbolçusu Leroy Saneni “Bavariya”ya satmağa hazırdır.

Cempion.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. Xəbərdə, “şəhərlilər”in 70 milyon avro qarşılığında 24 yaşlı futbolçunu “Bavariya”ya sata biləcəyi qeyd olunub.

“Bavariya” Sane üçün “Mançester Siti”yə 40 milyon avro təklif edib. Ancaq “şəhərlilər” alman futbolçunu 70 milyondan aşağı qiymətə satmaq niyyətində deyil.