bazar ertəsi, 30 mart 2026

DÜNYA FUTBOLU

''Arsenal''ın yeni hədəfi

11.06.2020 11:37 Oxundu 515

İngiltərənin ''Arsenal'' klubu PSJ-nin futbolçusu ilə maraqlanır.

Cempion.az ''90 min'' nəşrinə istinadən xəbər verir ki, PSJ-dən ayrılımağa qərar verən brazilyalı Tyaqo Silvanı ''topçular'' heyətinə cəlb etmək istəyir.

Xəbərdə bildirilir ki, ''Arsenal'' tərəfi müdafiəçi üçün yaxın günlərdə Fransa klubuna təklif göndərəcək.

Qeyd edək ki, futbolçu ilə ''Nyukasl Yunayted'', ''Vulverhempton'', ''Everton'', ''Milan'', ''Vest Hem'' yaxından maraqlanır.