bazar ertəsi, 23 iyun 2025

DÜNYA FUTBOLU

''Borussiya''dan Sanço açıqlaması

11.06.2020 12:30 Oxundu 460

''Borussiya'' Dortmundun şərəfini qoruyan Ceydon Sançonun transfer qiyməti açıqlanıb.

Cempion.az Almaniya mətbuatına istinadən xəbər verir ki, klub tərəfindən bildirilib ki, 2022-ci ildə müqaviləsi bitəcək olan ingiltərəli hücumçunu transfer etmək isəyən klublar 125 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, bu mövsüm Sanço çıxdığı 40 oyunda 20 qol, 20 məhsuldar ötürmə ilə yadda qalıb.