bazar ertəsi, 23 iyun 2025

DÜNYA FUTBOLU

UEFA-dan Türkiyə ilə bağlı açıqlama

11.06.2020 13:30 Oxundu 480


Cari mövsümdə UEFA Çempionlar Liqasının final oyunu əvvəldən planlaşdırıldığı kimi, İstanbulda keçirilməyəcək.

Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərar Türkiyə Futbol Federasiyası ilə UEFA arasında aparılan danışıqlardan sonra qəbul edilib.

Xəbərdə bildirilir ki, tərəflər cari mövsümün final oyununun Türkiyədən alınması, əvəzində isə turnirin növbəti mövsümünün həlledici qarşılaşmasının İstanbula verilməsi üçün razılıq əldə ediblər.

Qeyd edək ki, UEFA, Çempionlar Liqası və Avropa Liqası ilə bağlı yekun qərarını iyunun 17-də açıqlayacaq.