11.06.2020 14:00
618


Türkiyənin ''Fənərbağça'' klubu sabiq ''Yuventus''lu futbolçu ilə yaxından maraqlanır.
Cempion.az Qətərin ''Al Kass Sport'' nəşrinə istinadən xəbər verir ki, ''sarı kanarya'' ''Al Duhail''də forma geyinən xorvatiyalı Manzukiçə göz dikib. Qətər klubunda xoşbəxt olmayan futbolçu komandadan ayrılmaq istəyir.
Məlumata görə, ''Fənərbaxğça'' tərəfi Manzukiçə 2 milyon avro maaş təklif edib. Transferlə bağlı məlumat yaxın günlərdə bildfiriləcək.