11.06.2020 16:00
459

“Neftçi”nin “Qəbələ” ilə keçirəcəyi yoxlama oyununun vaxtı dəyişdirilib.
Cempion..az klubun rəsmi saytına istinadən xəbər verir ki, oyun əvvəlcədən nəzərdə tutulduğu kimi, iyunun 14-də deyil, 13-də baş tutacaq. Buna Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bu ayın 14-15-də yaşayış yerini tərk etməklə bağlı qadağa qoyması səbəb olub. 8-ci km stadionunda keçiriləcək yoxlama görüşü saat 19:00-da başlanacaq.
Qeyd edək ki, “Neftçi” hazırlıq çərçivəsindəki ilk sınaq oyununda dünən “Keşlə”yə 3:1 hesabı ilə qalib gəlib.