11.06.2020 18:16
481

Türkiyənin "Fənərbağça" klubu futbolçu Maurisio İsla ilə yollarını ayırıb.
Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Çilidən olan müdafiəçi ilə müqavilə pozulub.
İsla İstanbul komandasında 2017-ci ildən çıxış edirdi. O, "sarı-lacivərdlilər"in heyətində 91 oyuna 13 qol vurmuşdu.
Cənubi amerikalı futbolçunun karyerasını Argentina "Boka Xuniors"unda və ya vətənində davam etdirəcəyi bildirilir.