11.06.2020 18:46
497

“Deloitte” şirkəti İngiltərə Premyer Liqası klublarının koronavirus səbəbiylə cari mövsümdəki itkilərini hesablayıb.
Cempion.az xəbər verir ki, araşdırmaya görə, klublar pandemiya səbəbiylə 1 milyard funt-sterlinqlik itki yaşayıb. Klubların oyunların yayımlanmasından 500 milyon funt-sterlinq itirdiyi bildirilir.
Daha əvvəl “Mançester Yunayted” koronavirusla bağlı dəyən zərərin 28 milyon funt-sterlinq olduğunu açıqlamışdı.
Hesablamalara görə, Premyer Liqa klubları 2018-19-cu illər mövsümündə rekord məbləğdə – ümumilikdə 5 milyard funt-sterlinq gəlir əldə etmişdi.
Premyer Liqada oyunlar mart ayında dayandırılıb və mövsümün bərpasından sonra qarşılaşmalar azarkeşsiz keçiriləcək.