bazar ertəsi, 23 iyun 2025

DÜNYA FUTBOLU

"Liverpul"dan darmadağın

12.06.2020 09:00 Oxundu 446


İngiltərənin "Liverpul" klubu yoxlama oyunu keçirib.

Cempion.az xəbər verir ki, Premyer Liqanın lideri Çempionşip təmsilçisi "Blekbörn Rovers"lə üz-üzə gəlib.

"Enfild" stadionundakı qarşılaşma mersisaydlıların 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində qolları Sadio Mane, Takumi Minamino, Nabi Keyta, Leyton Klarkson, Joel Matib və Ki-Yan Huver vurublar.

Qeyd edək ki, martda koronavirus pandemiyası səbəbindən dayandırılan İngiltərə Premyer Liqası iyunun 17-də bərpa olunacaq.