
Hollandiyanın "SciSports" informasiya şirkəti Belçikanın Levena Universiteti ilə birlikdə "Barselona" nın hücumçusu Lionel Messi və "Yuventus" un futbolçusu Kristiano Ronaldunun oyun keyfiyyətlərini araşdırıb.
Cempion.az xəbər verir ki, araşdırma nəticəsində argentinalının oyun keyfiyyətlərinə görə portuqal rəqibini iki dəfə üstələdiyi ortaya çıxıb.
Tədqiqat, oyun parametrlərinə əsaslanan imkanların qiymətləndirilməsi prinsipi əsasında aparılıb. Futbolçunun oyun zamanı etdiyi bütün hərəkətlər və görüşün nəticəsinə təsiri xüsusi qiymətləndirilib. Messinin nəticəsi 1,21 balla qiymətləndirilib. Ronalduya isə 0,61 bal verilib.
Messi topla daha çox oynayır, daha çox qol epizodları yaradır, eyni zamanda matçın nəticəsinə Ronaldudan daha çox təsir göstərir