bazar ertəsi, 23 iyun 2025

DÜNYA FUTBOLU

“Fənərbaxça” klubu koronavirus testindən keçdi

12.06.2020 10:42 Oxundu 537


Türkiyənin “Fənərbaxça” klubunun kollektivi növbəti dəfə koronavirus testindən keçib.

Cempion.az xəbər verir ki, İstanbul təmsilçisinin rəsmi saytının yaydığı məlumata görə, ötən gün futbolçular, məşqçilər, eləcə də klub çalışanlarından koronavirusla bağlı yeni analizlər götürülüb.

Artıq testlərin nəticəsi də məlumdu. Xəbərdə bildirilir ki, bütün testlərin nəticəsi neqativ çıxıb.

Koronavirus pandemiyasına görə martda dayandırılan Türkiyə Super Liqasında 2019/20 mövsüm sabahdan etibarən bərpa olunacaq.