bazar ertəsi, 30 mart 2026

DÜNYA FUTBOLU

''Qalatasaray''ın yeni hədəfi

12.06.2020 12:14 Oxundu 551

Türkiyənin ''Qalatasaray'' klubu yeni mövsüm üçün heyətini gücləndirmək istəyir.

Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul nəhəngi artıq transfer çalışmalarına başlayıb. ''Sarı qırmızılılar'' İtaliyanın ''Roma'' klubunda çıxış edən türkiyəli futbolçu Mərt Çətinə göz dikib. ''Qalatasaray''ın yaxın günlərdə müdafiəçiyə görə qarşı tərəfə təklif göndərəcəyi gözlənilir.