
Koronavirusa görə İtaliyada dayandırılan kubok oyunları bu gündən bərpa olunur.
Cempion.az xəbər verir ki, ilk olaraq ölkə kubokunun qarşılaşmaları start götürəcək. Bu gün kubokun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində “Milan” “Yuventus” səfərinə yollanacaq . Komandalar arasındakı ilk oyunda qollu bərabərlik qeydə alınıb – 1:1.
Yarımfinal mərhələsinin digər matçında sabah “Napoli” “İnter”i qəbul edəcək. Komandalar arasında Milanda baş tutan qarşılaşmada “Napoli” minimal hesabla qalib gəlib – 1:0.
İtaliyada koronavirusa görə kubokun və A Seriyasının matçları azarkeşsiz keçiriləcək. İtaliya A Seriyası iyunun 20-də bərpa olunacaq.
İtaliya kuboku, yarımfinal, cavab oyunları
12 iyun
23:00 ''Yuventus'' – ''Milan''
İlk oyun 1:1
13 iyun
23:00 ''Napoli'' – ''İnter''
İlk oyun 1:0