12.06.2020 14:00
688

Portuqaliyanın I liqasında mübarizə aparan “Şaveş”ın prezidenti Fransisko Joze Karvalyu komandanın futbolçusu Kevin Medinanın “Qarabağ”a keçəcəyini təsdiqləyib.
Cempion.az xəbər verir ki, klub rəhbəri müdafiəçinin Ağdam təmsilçisi ilə müqavilə imzaladığını bildirib.
“Transfer tamamlanıb. Yalnız tibbi müayinədən keçmək lazımdır. Ancaq beynəlxalq uçuşlar olmadığı üçün bu məsələ qalıb”.
Qeyd edək ki, 2017-ci ildən “Şaveş”də oynayan 27 yaşlı futbolçu bu mövsüm 11 matç keçirib.