bazar ertəsi, 23 iyun 2025

DÜNYA FUTBOLU

"Yuventus" finalda - VİDEO

13.06.2020 09:36 Oxundu 462


Futbol üzrə İtaliya Kubokunda ilk finalçı bəlli olub.

Cempion.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşündə "Yuventus" "Milan"ı qəbul edib.

Turindəki qarşılaşma qolsuz yekunlaşıb. İlk matç 1:1 hesabı ilə başa çatdığı üçün "Yuventus" səfər qolu sayəsində finala yüksəlib.

Digər yarımfinal görüşündə "Napoli" "İnter"lə üz-üzə gələcək. Qarşılaşma sabah baş tutacaq.