
Futbol üzrə Türkiyə Super Liqasında 27-ci tura start verilib.
Cempion.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
"Fənərbağça" İstanbulda "Kayserispor"u qonaq edib.Oyun evsahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Trabzonspor" isə səfərdə "Göztepe"ni 3:1 hesabı ilə üstələyib.
Bu nəticədən sonra "Fənərbağça" 43 xalla 7-ci pillədə qalıb, "Kayserispor" isə 22 xalla 18-ci sıradadır. "Trabzonspor" 56 xalla 1-ci, "Göztepe" isə 37 xalla 8-cidir.
Qeyd edək ki, 27-ci turun digər oyunları 13 - 15 iyunda olacaq.
Türkiyə Super Liqası, 27-ci tur
12 iyun
''Fənərbaxça'' – ''Kayserispor'' 2:1
Qol: Muriqi, 86-pen. L.Qustavo, 88 – Mensah, 59.
''Göztəpə'' – ''Trabzonspor'' 1:3
Qol: A.Öztürk, 57-pen – Nvakaeme, 16. Ekuban, 52-pen. B.Emir, 84-öz qapısına.
13 iyun
19:30 ''Başakşəhər'' – ''Alanyaspor''
22:00 ''Beşiktaş'' – ''Antalyaspor''
22:00 ''Yeni Malatyaspor'' – ''Kasımpaşa''
14 iyun
19:30 ''Gənclərbirliyi'' – ''Konyaspor''
22:00 ''Qaziantep'' – Ankaragücü
22:00 ''Rizəspor'' – ''Qalatasaray''
15 iyun
22:00 ''Sivasspor'' – ''Dənizlispor''