13.06.2020 12:45
462


İngiltərənin ''Çelsi'' klubu PSJ-nin futbolçusu ilə maraqlanır.
Cempion.az ''France Football'' nəşrinə istinadən xəbər verir ki, sol cinah oyunçusu transfer etmək istəyən zadəganlar Layvin Kurzavanı heyətinə cəlb etmək istəyir.
Xəbərdə bildirilir ki, ''Çelsi'' rəhbərliyi müdafiəçinin meneceri ilə danşıqlara başlayıb.
Qeyd edək ki, Kurzavanın PSJ ilə müqaviləsi yayda başa çatır. Onunla "Barselona", "Atletiko", "Arsenal", "Yuventus" və "İnter"in maraqlandığı iddia olunur.