çərşənbə axşamı, 24 iyun 2025

DÜNYA FUTBOLU

Neymar Fransaya qayıdır

13.06.2020 16:19 Oxundu 449


Fransanın PSJ klubunun futbolçusu Neymarın sözügedən ölkəyə qayıdacağı tarix məlum olub.

Cempion.az "LEquipe" nəşrinə istinadən xəbər verir ki, braziliyalı hücumçu bu gün Parisdə olacaq.

Onun 1 həftəlik karantindən sonra iyunun 22-də komanda ilə birlikdə məşqlərdə iştirak edəcəyi bildirilib.

Qeyd edək ki, 28 yaşlı forvard koronavirus pandemiyası ilə bağlı yaranmış fasilədə ölkəsinə yollanmışdı. Fransa Liqa 1-də cari mövsüm ləğv olunub, PSJ isə çempion elan edilib.