çərşənbə axşamı, 24 iyun 2025

DÜNYA FUTBOLU

"Barselona"dan qələbə

14.06.2020 09:49 Oxundu 421


İspaniya La Liqasının 28-ci turunun matçında "Malyorka" "Barselona"nı qəbul edib.

Cempion.az xəbər verir ki, görüş "İberostar" stadionunda keçirilib və qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda ilk qolun müəllifi topu ikinci dəqiqədə rəqibin qapısından keçirmiş yarımmüdafiəçi Arturo Vidal olub. Fasiləyə qədər hücumçu Martin Braytvayt qonaqların üstünlüyünü artırıb. Matçın 79-cu dəqiqəsində müdafiəçi Jordi Alba hesabı 3:0-a çatdırıb. Oyuna əlavə edilmiş vaxtda hücumçu Lionel Messi son nöqtəni qoyub - 4:0. 

"Barselona" İspaniya çempionatının yarış cədvəlinə başçılıq edir. Kataloniyalılar 5 xalla Madrid "Real"ını qabaqlayırlar.