çərşənbə axşamı, 24 iyun 2025

BİZİM FUTBOL

Şahin Diniyev: ''Mövsüm yenidən davam etdirilməlidir''

14.06.2020 13:37 Oxundu 458

''Çempionatın bərpası ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Mənim fikirimcə, mövsüm yenidən davam etdirilməlidir. Sona 8 tur qalıb. Artıq təqvimdə müəyyənləşib. Düzdür, həftə sonları tətbiq edilən sərt karantin rejimi PFL tərəfindən hazırlanan təqvimə də öz təsirini göstərəcək. Artıq klublar da yoxlama oyunlarında qüvvələrini sınayıblar. Həmin oyunlarda demək olar ki, PFL-in koronavirusla bağlı tətbiq etdiyi əsasnamə əməl olunub''.


Bu fikirləri Cempion.az-a Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev müsahibəsində bildirib.

AFFA Məşqçilər Komitəsinin üzvü bildirib ki, ''Ümumi götürdükdə hərənin öz fikri var. Çempionatın davam etdirilməsi də,  etdirilməməsi də doğru fikirdir. Hərənin öz arqumentləri var. Ancaq təmiz idman prinsipi ilə götürsək, bu gün bilirsiz ki, 4-cü yerdə olan klub bizi Avrokuboklarda təmsil edə bilir. Hal-hazırda  4-cü yerin sahibi hələ də məlum deyil. Buna görə də heç bir söz-söhbətin olmaması üçün çempionatın davam etdirilməsi və həm kubokun, həm də 4-cü yerin sahibini müəyyən etmək ən doğru qərar olar. Bu gün Almaniya, İtaliya, İspaniya, Türkiyə kimi ölkələr artıq çempionatı bərpa ediblər. Baxmayaraq ki, həmin ölkələrdə də vəziyyət gərgindir. Sağlamlıq baxımından götürsək, bu ölkədəki futbolçuların milyonlarla dəyəri var. Milyonlarla qiyməti olan futbolçular bu gün çıxıb futbol oynayırlarsa, niyə bizim çempionat bərpa olunmasın''.