çərşənbə axşamı, 24 iyun 2025

DÜNYA FUTBOLU

Van Daykla yeni müqavilə imzalanacaq

14.06.2020 15:24 Oxundu 522


"Liverpul" klubunun niderlandlı ulduzu Vircil Van Dayk komandası ilə yeni müqavilə bağlayacaq.

Cempion.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi PSJ-nin transfer təklifini rədd edib.

Onun Mersisayd təmsilçisi ilə yeni müqavilə imzalayacağı gözlənilir. Futbolçunun həftəlik gəliri isə 220 min funt sterlinq olacaq ki, bu da, klub tarixində rekord göstəricidir.

Qeyd edək ki, Van Dayk 2018-ci ildə "Sauthempton"dan "Liverpul"a transfer edilib.