14.06.2020 16:00
451

İngiltərənin "Çelsi” futbol klubu Almaniyanın "Bayer” komandasının yarımmüdafiəçisi Kay Havertzi transfer etmək istəyir.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubu 20 yaşlı yarımmüdafiəçiyə 5 illik müqavilə təklif edib. O, bu təklifi qəbul edəcəyi təqdirdə, illik 8 milyon avro qazanacaq.
Bildirilib ki, Leverkuzen təmsilçisi almaniyalı yarımmüdafiəçi üçün 80 milyon avro tələb edir.
K.Havertz cari mövsümdə "Bayer”in heyətində keçirdiyi 38 oyunda 15 qol vurub və 5 assist edib.