bazar, 20 iyul 2025

DÜNYA FUTBOLU

''Real''dan qələbə, “Atletiko”dan xal itkisi

15.06.2020 10:29 Oxundu 463


Koronavirus pandemiyasına görə martdan dayandırılan La Liqa bərpa olunub.

Cempion.az xəbər verir ki, 28-ci turun ilk oyun günündə bir qarşılaşma keçirilib. Əndəlüsün iki təmsilçisi – “Sevilya” və “Betis” klublarının duelindən birincilər qalib ayrılıblar.

“Qranada” doğma meydanda “Xetafe”dən üstün olub. “Valensiya” – “Levante” matçında isə qalib müəyyənləşməyib.

Lider “Barselona” bu turda “Malyorka” səfərinə yollanıb və 4 cavabsız qolla qalib gəlib.

Sonuncu oyun günündə üç qarşılaşma baş tutub. Madrid “Real”ı “Eybar”la ev oyunundan inamlı qələbə ilə ayrılıb. “Atletik” – “Atletiko” və “Real Sosyedad” – “Osasuna” matçlarında isə qalib müəyyənləşməyib.

Qarşılaşmalar koronavirus pandemiyasına görə azarkeşsiz keçirilib.

İspaniya La Liqası, 28-ci tur

11 iyun

''Sevilya'' – ''Betis'' 2:0
Qol:
 Okampos, 56. Fernando, 62.

12 iyun

''Qranada'' – ''Xetafe'' 2:1
Qol
: C.Fernandes, 70; 79 – Timor, 20.

''Valensiya'' – ''Levante'' 1:1
Qol: Rodriqo, 90 – Melero, 90+8-pen.

13 iyun

''Espanyol'' – ''Alaveş'' 2:0
Qol
: Bernardo, 45+3. Lei, 47.

''Selta'' – ''Vilyarreal'' 0:1
Qol
: Triqeros, 90+1.

''Leqanes'' – ''Valyadolid'' 1:2
Qol
: Oskar, 84-pen – E.Ünal, 2. Alkaras, 54.

''Malyorka'' – ''Barselona'' 0:4
Qol
: Vidal, 2. Breytveyt, 37. Alba, 80. Messi, 90+3.

14 iyun

''Atletik'' – ''Atletiko'' 1:1
Qol
: Muniain, 37 – D.Kosta, 39.

''Real'' – ''Eybar'' 3:1
Qol
: Kroos, 4. S.Ramos, 30. Marselo, 37 – Biqas, 60.

''Real Sosyedad'' – ''Osasuna'' 1:1
Qol
: Oyarzabal, 61 – Adrian, 29-pen.