çərşənbə axşamı, 24 iyun 2025

DÜNYA FUTBOLU

“Qalatasaray”dan xal itkisi

15.06.2020 11:33 Oxundu 491


Koronavirus pandemiyasına görə martdan dayandırılan Türkiyə Super Liqasına yenidən bərpa olunub.

Cempion.az xəbər verir ki, ilk oyun günündə 27-ci tur çərçivəsində iki qarşılaşma baş tutub. Baş məşqçi postuna müvəqqəti olaraq Tahir Karapınarı gətirən “Fənərbaxça” autsayder “Kayserispor”u qəbul edib. İstanbul təmsilçisi bu oyundan əzmkar qələbə ilə ayrılıb. Lider “Trabzonspor” isə İzmir səfərində “Göztəpə” ilə qarşılaşıb və inamlı qələbəyə sevinib.

“Beşiktaş” doğma meydanda “Antalyaspor”a, “Yeni Malatyaspor” isə “Kasımpaşa”ya məğlub olub. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Başakşəhər” bu turda “Alanyaspor”la münasibətlərinə aydınlıq gətirib və qələbə qazanıb.

Bazar günü daha üç görüş baş tutub. “Qaziantep” – “Ankaragücü” matçında qalib müəyyənləşməyib. “Gənclərbirliyi” “Konyaspor”u məğlub yola salıb. Səfərdə “Rizəspor”un qonağı olan “Qalatasaray” isə məğlubiyyətlə üzləşib.

Qarşılaşmalar koronavirus pandemiyasına görə azarkeşsiz keçiriləcək.

Türkiyə Super Liqası, 27-ci tur

12 iyun

''Fənərbaxça'' – ''Kayserispor'' 2:1
Qol
: Muriqi, 86-pen. L.Qustavo, 88 – Mensah, 59.

''Göztəpə'' – ''Trabzonspor'' 1:3
Qol
: A.Öztürk, 57-pen – Nvakaeme, 16. Ekuban, 52-pen. B.Emir, 84-öz qapısına.

13 iyun

''Başakşəhər'' – ''Alanyaspor'' 2:0
Qol
: M.Tekdemir, 64. Vişça, 79-pen.

''Beşiktaş'' – ''Antalyaspor'' 1:2
Qol
: Lyayiç, 68 – S.Gümüş, 15. Amilton, 35.

''Yeni Malatyaspor'' – ''Kasımpaşa'' 1:2
Qol
: Donald, 45+3 – Thiam, 61; 67.

14 iyun

''Gənclərbirliyi'' – ''Konyaspor'' 2:1
Qol
: Sio, 60. B.Özdemir, 83 – Yevtoviç, 62.

''Qaziantep'' – ''Ankaragücü'' 1:1
Qol
: Maksim, 25-pen – Skarione, 51.

''Rizəspor'' – ''Qalatasaray'' 2:0
Qol
: Şkoda, 42. T.Torun, 53.

15 iyun

22:00 ''Sivasspor'' – ''Dənizlispor''