çərşənbə axşamı, 24 iyun 2025

DÜNYA FUTBOLU

"Çelsi" 6 futbolçu ilə vidalaşacaq

15.06.2020 12:15 Oxundu 447


İngiltərənin "Çelsi" klubu heyətində dəyişikliklər etməyə hazırlaşır. 

Cempion.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, zadəganlar 6 futbolçusunu heyətdə görmək istəmir. Bunlar Temue Bakayoko, Mişi Batşuayi, Viktor Mozes, Daniel Drinkuoter, Davide Zappakosta və Emersondur. 

London təmsilçisi Almaniya "Leyptsiq"indən Timo Verner, Leverkuzen "Bayer"indən Kay Haverts və İngiltərənin "Lester" klubundan Ben Çilvelli heyətinə qatmaq istəyir. 

Qeyd edək ki, "Çelsi"nin yay transfer dönəmindəki xərci 250 milyon funt sterlinq ola bilər.