çərşənbə axşamı, 24 iyun 2025

GÜLƏŞ

Güləşçimiz ikinci oldu

15.06.2020 13:17 Oxundu 605


Dünya Güləş Birliyinin (UWW) "Instagram" səhifəsində dünyanın ən tanınmış 16 sərbəst güləşçisi arasında virtual yarış başa çatıb.

Cempion.az xəbər verir ki, onlayn turnirə adı salınan Azərbaycanın 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev finalda İran təmsilçisi Həsən Yazdani ilə üz-üzə gəlib. 

Yekunda Əliyev 76953, Yazdani isə 87111 səs toplayıb. Beləliklə, Azərbaycan güləşçisi bu yarışda ikinci yeri tutub.