bazar ertəsi, 22 dekabr 2025

DÜNYA FUTBOLU

“Qalatasaray”lı futbolçu mövsümü başa vurdu

15.06.2020 13:47 Oxundu 539


“Qalatasaray”ın “Rizəspor”la oyunda zədələnən futbolçusu Florin Andonenin son durumu bilinib.

Cempion.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, sağ ayağından zədələnən 27 yaşlı hücumçunun mövsümün geri qalan hissəsində komandasına kömək edə bilməyəcəyi bildirilib.

Xatırladaq ki, “Qalatasaray”ın “Rizəspor”a məğlub olduğu matçda (0:2) Andoneylə yanaşı, Fernando Muslera da zədələnib və uruqvaylı qapıçı da 5-8 ay yaşıl meydanlardan uzaq qalacaq.