15.06.2020 14:18
461

Almaniyanın “Kayzerslautern” klubu müflis olub.
Cempion.az “Kicker” nəşrinə istinadən xəbər verir ki, klubun 20 milyon avrodan çox borcu olduğu bildirilir. 3-cü Bundesliqada çıxış edən klub yeni mövsüm üçün də lizensiya almalıdır və buna görə daha 15 milyon avroya ehtiyac var. “Kayzerslautern”in artıq bu gündən iflas proseduruna başladığı bildirilir.
Qeyd edək ki, “Kayzerslautern” 4 dəfə Almaniya çempionu olub və iki dəfə ölkə kubokunu qazanıb.