15.06.2020 15:37
455

PSJ klubu bu mövsüm Çempionlar Liqası başa çatdıqdan sonra iki futbolçusu ilə yolları ayıracaq.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, klubun direktoru Leonardo hücumçu Edinson Kavani və müdafiəçisi Tiaqo Silvanın azad agent kimi komandadan gedəcəklərini təsdiqləyib.
Ancaq Leonardo, hər iki futbolçunun Çempionlar Liqası oyunlarında onlara kömək edəcəklərini də bildirib.