15.06.2020 17:44
494
494

Türkiyə Super Liqasının XXVII turunda "Rizespor"la matçda zədələnən "Qalatasaray"ın qapıçısı Fernando Musleranın əməliyyat olunacağı tarix bəlli olub.
Cempion.az "NTV Spor"a istinadən xəbər verir ki, 34 yaşlı qolkiper iyunun 16-da, doğum günündə əməliyyat olunacaq.
Qeyd edək ki, qarşılaşma İstanbul təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Muslera 15-ci dəqiqədə ayağından xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb. Təcrübəli qapıçının sağ ayağında iki qırıq aşkarlanıb. Onun, təxminən, 6 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.