çərşənbə axşamı, 24 iyun 2025

DÜNYA FUTBOLU

“Qızıl oğlan” mükafatına namizədlər açıqlanıb

15.06.2020 21:46 Oxundu 482


Avropada ilin ən yaxşı 21 yaşadək futbolçusuna təqdim olunan “Qızıl oğlan” mükafatına namizədlər açıqlanıb.

Cempion.az xarici mətbuata istinadən xəbər verir ki, 100 oyunçudan ibarət siyahı hazırlanıb. 

"100-lük"də azərbaycanlı futbolçu yer almayıb. Siyahıya Türkiyə millisinin və Almaniyanın "Şalke" klubunun müdafiəçisi Ozan Kabak əlavə edilib. 

Məşhur futbolçulardan Erlinq Holand, Ceydon Sanço (hər ikisi "Borussiya", Dortmund, Almaniya), Alfonso Devis ("Bavariya", Almaniya"), Fil Foden ("Mançester Siti", İngiltərə), Meyson Qrinvud ("Mançester Yunayted", İngiltərə), Kallum Hadson-Odoi ("Çelsi", İngiltərə), Rodriqo və Vinisius Junior ("Real Madrid", İspaniya) mükafat uğrunda yarışacaq. 

Qeyd edək ki, 2019-cu ildə bu mükafata İspaniya "Atletiko"sunda çıxış edən portuqaliyalı Joau Feliş layiq görülüb.