07.08.2016 18:05
251
251
Rio-2016 Yay Olimpiya Oyunlarının III günü Azərbaycan millisinin daha bir üzvü tatami üzərinə çıxıb. Komandamızın heyətində cüdoçumuz Nicat Şıxəlizadə (66 kq) medal uğrunda mübarizə aparıb. 2014-cü il Tbilisi Qran-Prisinin qızıl medalçısı olan 27 yaşlı həmyerlimiz ilk cəhdində ispan cüdoçu Suqoy Uriarte ilə üzləşib. O, rəqibinə yuko xalı ilə qalib gələrək 1/8 finala adlayıb.Təmsilçimizin bu mərhələdəki rəqibi italiyalı Fabio Bazile olub. Gənc rəqibi qarşısında uğursuz çıxış edən Nicat ipponla məğlub olaraq yarışı başa vurub. Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunur.