cümə, 19 aprel 2024

BİZİM FUTBOL

Ayxan Abbasov: “Milli komandamıza əvvəlcə baş məşqçi təyin olunmalıdır"

29.06.2020 12:07 Oxundu 630

“Sumqayıt” klubunun baş məşqçisi Ayxan Abbasov cempion.az saytına sentyabrda UEFA millətlər Liqasında mübarizəyə başlayacaq yığma komandamızla bağlı açıqlama verib. 

“Milli komandamıza əvvəlcə baş məşqçi təyin olunmalıdır. Çempionat vaxtından əvvəl yekunlaşdırılıb. İnanıram ki, sentyabra kimi 2-3 tur oynanılacaq. Belə olan halda yığmanın yeni baş məşqçisi üçün də seçim imkanı yaranacaq. Qarşıdan avrokubok mövsümü gəlir. Bu da futbolçuların qismən də olsa formaya düşməsinə kömək edəcək. Bununla yanaşı, millimizə təyin olunacaq baş məşqçi seleksiya işlərini də düzgün aparmalıdır”.

39 yaşlı mütəxəssis millimizin rəqibləri haqqında da danışıb.

“Rəqiblərimiz bizdən zəif deyil. Analiz etsək üstün cəhətləri çoxdur. Amma indiki zamanda hər bir ilə mübarizə aparmaq olar. Milli komandamız bundan da güclü rəqiblərə qarşı oynayıb. Ümid edirəm ki, milli komandamıza yeni təyin olunacaq baş məşqçi mübariz kollektiv formalaşdıracaq”.