çərşənbə axşamı, 23 dekabr 2025

DÜNYA FUTBOLU

"Yuventus”un futbolçusu "Barselona”da

30.06.2020 12:00 Oxundu 522


İspaniyanın "Barselona” futbol klubu İtaliyanın "Yuventus” komandasının yarımmüdafiəçisi Miralem Pyaniçi transfer edib.

Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi bu transfer üçün 65 milyon avro ödəyəcək. Otuz yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, M.Pyaniç cari mövsümdə Turin klubunun heyətində keçirdiyi 36 matçda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.