cümə axşamı, 09 iyul 2020

BİZİM FUTBOL

''Neftçi'' millimizin hücumçusuna təklif göndərib

30.06.2020 14:00 Oxundu 245


''Neftçi'' rəhbərliyi ''Sabah''la 4 aylıq müqaviləsi başa çatan Ramil Şeydayevə təklif göndərib.

Cempion.az-ın məlumatına görə, millinin forvardı ilə ilk görüşmə istənilən nəticəni verməyib.

Qışda Moskva ''Dinamo''sundan ayrıldıqdan sonra ikinci dəfə Azərbaycana dönən hücumçu paytaxt təmsilçisindən aylıq 35 min dollar maaş tələb edib.

Bu da bakılı rəsmilər üçün xeyli gözlənilməz olub. Çünki ''ağ-qaralar' göstərilən məbləğin yarısını ödəməyi planlaşdırıblar.

Üstəlik, Şeydayev bildirib ki, birinci məqsədi yenidən legioner həyatı yaşamaqdır və indi onu puldan çox, ölkə xaricinə çıxmaq düşündürür. (sportinfo.az)