çərşənbə, 25 iyun 2025

BİZİM FUTBOL

Cavid “Keşlə”də

30.06.2020 19:12 Oxundu 525

“Keşlə” Futbol Klubu Cavid İmamverdiyev ilə müqavilə imzalayıb.

Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki,  karyerası ərzində ölkəmizdə “Karvan”, “Neftçi”, və “Sumqayıt”da oynamış yarımmüdafiəçi, Türkiyədə “Elazığspor” komandasının da şərəfini qoruyub. Onun son klubu “Sabah” olub.

Qeyd edək ki, Cavid İmamverdiyev Azərbaycan milli komandasının heyətində 11 oyun keçirib və 1 qol vurub.