çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

"Bankirlər" "atlılar"ı əliboş yola saldı

07.08.2016 21:05 Oxundu 379

Bu gün Topaz Premyer Liqasının 2016/17 mövsümünün açılış turunun daha bir oyunu keçirilib. Turun ikinci oyun gününün yeganə qarşılaşmasında “Qarabağ” “İnter”ə qonaq olub. Bu matçı həm də ilk turun mərkəzi oyunu kimi xarakterizə edilirdi. Görüş hər iki komandanın hücumlarıilə başlasa da, ilk sevinən tərəf qonaqlar olub. Reynaldo 10-cu dəqiqədə təkbətəki boşa verməyib.Bundan sonra "bankirlər" iki dəfə cavab qoluna yaxın olsalar da, hər iki halda Ağabala Ramazanovun qeyri-dəqiqliyi buna mane olub.İlk hissə bu hesabla başa çatıb. Oyunun taleyi isə ikinci hissədə həll olunub. Meydan sahiblərinin yeni transferi Ruslan Abışov 5 dəqiqə ərzində dubl edərək komandasını hesabda irəli çıxarıb. Qalan dəqiqələrdə başqa qol olmayıb və "İnter" əzmkar qələbə ilə çempionata uğurlu start verib.

Topaz Premyer Liqası

I tur

7 avqust (bazar)

“İnter” – “Qarabağ” - 2:1

Qollar: Ruslan Abışov, 69, 74 - Reynaldo, 10

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mübariz Haşımov

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Abbas Hüseynov

Hakim inspektor: Məlik Həsənov

“İnter Arena”

“İnter”: 1. Səlahət Ağayev, 17. Abbas Hüseynov, 27. Adrian Skarlatake, 14. Zurab Xizanişvili, 33. Tərlan Quliyev, 22. İlkin Qırtımov, 8. Nizami Hacıyev, 15. Ruslan Abışov, 24. Fuad Bayramov, 55. Ağabala Ramazanov, 11. Rauf Əliev

Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 2. Sərtan Taşkın, 3. Denis Silva, 88. Məmməd Quliyev, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad

Baş məşqçi: Zaur Svanadze

“Qarabağ”: 13. İbrahim Şehiç, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev
8. Migel Markos Madera, 17. Namiq Ələsgərov, 22. Əfran İsmayılov, 97. Mahir Mədətov
Baş məşqçi: Qurban Qurbanov