cümə, 29 mart 2024

BİZİM FUTBOL

“Neftçi”nin futbolçusu “Keşlə”də

08.07.2020 17:47 Oxundu 489


“Neftçi” klubu futbolçusu Rəhman Hacıyevlə müqavilənin müddətini uzadıb. 

Cempion.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi ilə gələn mövsümün sonunda bitməli olan anlaşma daha 1 illiyə artırılıb. Rəhman Hacıyev gələn mövsümün sonunadək “Keşlə” klubuna icarəyə verilib.

Qeyd edək ki, Rəhman Hacıyev “Neftçi”də keçirdiyi 6 mövsüm ərzində 166 oyunda meydana çıxıb, 16 qola imza atıb.