389
Bu gün Topaz Premyer Liqasında 2016/17 mövsümünün ilk turuna yekun vurulacaq. Turun qapanış matçı “Dalğa Arena”da baş tutacaq. Cari mövsüm avrokuboklarda ölkəmizi təmsil edən “Qəbələ” və “Kəpəz” paytaxtda üz-üzə gələcəklər. Sonuncular avrokuboklarla vidalaşdığı stadiona qonaq kimi çıxacaq. Ev oyununu Bakıda keçirməli olan “qırmızı-qaralar”ı isə yeni simada görəcəyik.Belə ki, Avropa Liqasında artıq 3 mərhələni arxada qoyan Roman Qriqorçukun yetirmələri legioner limiti üzündən fərqli heyətlə meydana çıxmalı olacaq. Məhz bu amil də qonaqlara xal qazanmaq ümidlərini artırır. Ötən mövsümün son turunda bürünc medal uğrunda mübarizədə üz-üzə gələn rəqiblər bu dəfə startda münasibətlərini ayırd edəcəklər.
Topaz Premyer Liqası
I tur
8 avqust (bazar ertəsi)
19:00. “Qəbələ” – “Kəpəz”
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Nahid Əliyev, Knyaz Əmiraslanov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim inspektor: Xaqani Məmmədov
“Dalğa Arena”