çərşənbə axşamı, 20 yanvar 2026

BOKS

Bayraqdarımız bir mərhələni adladı

08.08.2016 09:38 Oxundu 7948

Rio Olimpiadasının 1/8 final mərhələsində Azərbaycan boksçusu Teymur Məmmədovun rəqibi dəqiqləşib. Olimpiya millimizin bayraqdarı ikinci görüşünü hollandiyalı Peter Mullenderqə qarşı keçirəcək. Qarşılaşma avqustun 11-də yerli vaxtla 19:30, Bakı vaxtı ilə isə avqustun 12-də 02:30-da başlayacaq.

Qeyd edək ki, 2012-ci il London Olimpiadasının bürünc və I Avropa Oyunlarının qızıl medalçısı olan Teymur ilk qarşılaşmasında (81 kiloqram çəki dərəcəsində) ukraynalı Denis Solonenkonu mübarizədən kənarlaşdırıb. Rəqibi üzərində inamlı qələbə qazanan Məmmədov bildirib ki, qalib gəlməsində yığmamızın bayraqdarı olması da öz sözünü deyib: “Bayraqdar olmağım mənə çox böyük güc, inam verdi. Bu qələbəmi bütün Azərbaycan xalqıma həsr edirəm. Məni dəstəklədiyi üçün hər kəsə minnətdaram”.

Qeyd edək ki, millimiz Rio-de-Janeyroda 10 kişi, 1 qadın boksçu ilə təmsil olunur.