760
Əziz Mustafa
Onun adı dünya futbolunda özünəməxsus bir məhəbbət və rəğbətlə çəkilir. Bunun da səbəbi aydındır. O, dünya futbolunda özünməxsus bir iz buraxan adlı-sanlı azərbaycanlı futbolçulardan biridir və həmişə meydanda, belə demək mümkünsə, çox məşhur futbolçuların edə bilmədiyini edə bilib və bununla da adını dünya futbolunun tanınmış simları arasına yazdıraraq gözəl oyunu ilə yadda qalıb. Avropanın məşhur futbol klublarında gözəl oyun sərgiləyən, həmçinin İran yığma komadasının heyətində vurduğu qollarla ölkəsinin qələbəsini təmin edən Əli Dayi beynəlxalq görüşlərdə braziliyalı Pele və macaristanlı Puşkaşdan daha çox qol vurub.

Əli Dayı 1999 -cu ildə Almaniya çempionu, həmçinin Çempionlar liqasının finalçısı olub. İran yığma futbol komandasının və "Saypa"nın heyətində göstərdiyi parlaq oyuna görə Əli Dayi 1998-ci ildə Asiya oyunlarının qəhrəmanı elan edilib. O, 1996 və 2004-ci ildə Asiya kubokunun birinci mükafatını qazanıb. Məşhur azərbaycanlı futbolçu həmçinin İran yığma komandasının heyətində dünyanın ən çox qol vuran oyunçusu adını qazanıb. Belə ki, Əli Dayi ölkəsinin yığma komandasının tərkibində 109 qol vuraraq dünyanın ən adlı sanlı futbolçularını geridə qoymaqla futbolda tarixi bir rekorda imza atıb.
Ərdəbildə parlayan ulduz
Əli Dayı 1969-cu ildə Cənubi Azəbaycanın Ərdəbil şəhərində anadan olub. Uşaqlığı da anadan olduğu doğma Ərdəbilin Xeyral məhəlləsində tay-tuşları ilə top qovmaqla keçib. Məhəllə uşaqları arasında nümayiş etdirdiyi gözəl oyunu ilə Əli Dayi tezliklə aparıcı futbol mütəxəssislərinin diqqətini cəlb edib. 14 yaşı olanda Əlini doğma Ərdəbilin "İstiqlal" futbol klubunda oynamğa dəvət edirlər. İranla İraq arasında müharibənin getdiyi çox ağır bir dövrdə Əli göstərdiyi gözəl oyunu ilə milyonlarla futbol azaerkeşinin sevimlisinə çevrilir. 1983-1988-ci illərdə Əli Dayı "İstiqlal" futbol klubunun heyətində vurduğu qollarla komandasına yeni şöhrət gətirir.
1989-cu ildə Əli Dayi İranın "Takirani" futbol klubuna transfer olunur. O bu komandada oynadığı 1 ildə rəqib qapılarından 14 top keçirir. Əli dayinin futbol meydanın da göstərdiyi parlaq oyun "Texarat" komandasının da dqqətini cəlb edir. O, 1990-1994-cü illərdə "Texarat" klubunda top qovur. Həmin dövrdə Əli Dayı artiq nəinki ölkəsində, həm də bütün dünyada tanınanmağa başlamışdı. 1994-ci ildə ölkənin ən güclü futbol klublarından olan "Persepolis" komandasına transfer olunan Əli Dayı bu klubda ilk ildə 25 oyunda meydana çıxır və rəqib qapılarından 15 top keçirir. 1995-1996-cı illərdə isə "Persepolis"in heyətində Əli Dayi 13 oyunda meydan çıxır və 8 dəfə rəqib qapıçılarını topu tordan çıxarmağa məcbur edir. Əli Dayinın göstərdiyi parlaq oyun Birləşmiş Ərəb Əmirliklərinin məşhur "Əl Sadd" futbol klubunun da diqqətini cəlb edir. "Əl Sadd"la əldə edilən razılığa əsasən futbolçu 1996-cı ildə bu komandanın şərəfini qoruyur. "Əl Sadd"a oynadığı bir ildə 12 oyunda rəqib komandanın qapısından 10 top keçirən Əli Dayi bununla da Avropanın tanınmış futbol klublarının diqqətini özünə cəlb edir. Buna da səbəb həmin dövrdə Qətər, Səudiyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və bölgədəki digər ölklərdə işləyən avropalı məşqçilərin Əli Dayının göstərdiyi parlaq oyun barədə Avropanın futbol klublaının məşqçilərini məlumatlandırmalari idi.
Avropanın qapıları üzünə açılır
Əli Dayinin "Əl Sadd"a göstərdiyi oyunla tanış olan və onunla ilk maraqlanan Almaniya Bundesliqasında çıxış edən "Arminiya" futbol klubu olur. "Əl Sadd"dan "Arminiya"ya transfer olunan Əli Dayı bu komandanın heyətində 1997-1998-ci illərdə 25 oyunda rəqib qapılarından 7 top keçirir. Əlbəttə, dünyanın ən güclü dünya çempionatlarından birinə sahib olan Almaniya Bundesliqasında rəqib qapılarındna 7 top keçrmək özü də böyük qəhrəmanlıq demək idi. "Arminiya"da göstərdiyi gözəl oyunu ilə məşhur azərbaycanlı futbolçu Almaniyanın və dünyanın ən güclü futbol klublarından biri olan "Bavariya"nın diqqətini cəlb edir. 1998-1999-cub illərdə "Bavariya"nın heytəində Əli Dayı sözün əsl mənasında Avropada rəğbətlə qaşılanan gözəl oyun nümayiş etdirir. O, "Bavariya"nın heyətində 23 oyunda meydana çıxaraq rəqib qapılarından 6 top keçirir. Həmin mövsümdə Əli Dayi "Bavariya" ilə Almaniya Bubdesliqasının çempionu adını qazanır. Həmin dövrdə Əli Dayi ilə Bundesliqanın digər bir adlı-sanlı klubu Berlinin "Herta" komandası da maraqlanır. O, 1999-cu ildə "Hertaya" transfer olunur. Yeri gəlmişkən onu da deyək ki, Əli Dayi Almaniya Bundesliqasında oynayan ilk Cənubi Azərbaycan türküdür. O bununla da Azərbaycan futbolunu Avropada tanıdan ilk azərbaycanlı futbolçudur. Əli Dayının ulduz futbolçu kimi parlamasında və dünya futolunun tanınmış məşhur futbolçuları arasında adının çəklməsi, şübhəsiz ki, onun Almaniyanın güclü futbol klublarında oynaması mühüm rol oynadı. Əli Dayı həmin dövrdə mənsub olduğu ölkə ilə fəxr etdiyini dönə-dönə vurğulayardı. Onun doğma Ərdəbilə hər gəlişi Azərbaycan türkləri arasında əsl bayram sevinci ilə qarşılanardı. Ümumiyytlə, Əli Dayının Almaniyada göstərdiy gözəl oyun avroplalıların İran futboluna olan münasibətlərinin tamamilə dəyişməsinə gətiirb çıxardı.
2002-ci ilə kimi "Herta"nın şərəfini qoruyan Əli Dayi bu komandadan Birləşmiş ərəb Əmirliklərinin "Əl Şabab"
komandasına transfer oldu. Əslində o, Almaniya Bundesliqasında oynadığı 5 ildə Şərq futbolunu kifayət qədər dünyada tanıda bildi. "Əl Şabad"a oynadığı 25 oyunda Əli Dayi rəqib qapılarından 11 top keçirərək komandasının yüksək yerlər tutmasında önəmli xidmət göstərdi. Əli Dayi "Əl Şabab"da göstərdiyi parlaq oyunla Persepolis komandasınında diqqətini cəlb etdi O, "Əl Şabab"dan "Persepolis"ə transfer olundu. Əli Dayi hələ1994-1995-ci illərdə də "Persepolis"də oynamışdı və bu komandanın rəhbərliyi ilə aralarında yaxşı, xoş münasibətlər mövcud idi. 1994-1995-ci və 1995-1996-cı illər mövsümündə "Persepolis" də oynayarkən 38 dəfə meydana çıxan Əli Dayi rəqib komandasının qapısından 23 top keçirərək komandasının qələbələrinin qələbə ardınca sıralamasında önəmli rol oynamışdı. O vaxt Əli Dayı bu komandada yalnız iki il oynamış, sonra isə əlverişli tarnsfer təklifini qəbul edərək Birləmiş Ərəb Əmirliklərinin "Əl Sadd" komandasına transfer olunmuşdu. Amma üstündən illər ötəndən sonra tale Əli Dayini yenidən "Persepolis"ə gətirib çıxarmışdı. Əli Dayı Persepolis"də keçmişdə olduğu kimi əsl gənclik həvəsi ilə parlaq oyun nümayiş etdirməyə başladı. O, "Persepolis"in heyətində 28 oyunda meydana çıxaraq rəqib qapılarından 16 top keçirdi və bununla da komandasının yeni uğurlara imza atmasına yardım etdi. Lakin növbəti mövsümdə Əli Dayini bu dəfə "Saba Batteri" komandasına dəvət etdilər. 2004-2005-ci və 2005-2006-cı illərdə Əli Dayi bu komandanın heyətində 51 oyuna çıxaraq rəqib qapılarından 23 to keçirdi. Əli Dayi bununla da həmin dövrdə 36 yaşı olmasına baxmayaraq hələ də gənclik həvəsi ilə oynadığını bir daha təsdiqləmiş oldu. 2006-2007-ci illər mövsmündə Əli Dayı "Saypa" komandasının formasında meydana çıxdı və 26 oyunda rəqib qapılarınından 10 top keçirərək 37 yaşında ikən dünya futbolu tarixində daha bir rekorda imza atmış oldu. Karyerası ərzində dünyanın 15 futbol klubunun heyətində 287 dəfə meydana çıxan Əli Dayi rəqib qapılarından102 top keçirib. Amma onun bu nəticəsinin daha böyük olduğu şübhə doğurmur. Belə ki, müəyyən səbəblər üzündən Əli Dayinin
Ərdəbilin "İstiqlal", həmçinin "Texarat" və "Takiran"i komandalarının heyətində neçə dəfə meydana çıxması və vurduğu qolların statiskası aparılmayıb. Cənubi Azərbaycan türkü olan bu məşhur futbolçunun "Takirani"də 14 qol vurduğu ehtimal edilsə də, neçəö oyunda meydana çıxdığı unudulub. Belə güman edilir ki, Əli Dayi adı çəkilən komandaların heyətlərində az 60-65 dəfə meydana çıxın və rəqib qapılarındandaha 45-50 top keçirib. Beləlkilə, Əli Dayinın karyerası ərzində rəqib qapılarından 150-152 top keçirdiyi ehtimal edilir. Bu isə dünya futbolu tarixində rekord nəticələrdən biir hesab edilə bilər.