cümə axşamı, 09 may 2024

BİZİM FUTBOL

“Səbail” rəsmisindən klubun maliyə durumu ilə bağlı açıqlama

30.07.2020 19:22 Oxundu 674


AFFA-nın “Səbail” klubuna 200.000 (iki yüz min) manat maliyyə yardımı ayırdığını xəbər vermişdik.

Ayrılan vəsaitin klub üçün bir mövsümlük kifayət edəcəyi isə sual altındadır. Bununla bağlı klubun mətbuat xidmətinin rəhbəri Törə Əhmədova ilə əlaqə saxladıq. Əhmədova Cempion.az saytına açıqlamasında, ayrılan vəsaitin kluba nə qədər kömək edəcəyi qarşıdakı günlərdə bilinəcək.

O bildirib ki, ''Sizin sualiniza cavab olaraq onu deyə bilərəm ki, bu məbləğ təkcə AFFA-nın ayırdığı yardımdır. Pandemiya ilə əlaqədar olaraq bir çox sahələrdə maliyyə çatışmamazlığı ilə bağlı problemlərin ortaya çıxması qaçınılmazdır. Klubların da bu baxımdan əziyyet çəkməməsi üçün AFFA müəyyən klublara maddi yardım göstərir. ''Səbail''in ümumi büdcəsi isə təkcə bu 200 min manatdan ibarət olmayacaq. Klubun sponsorlarının ayırdığı vəsait də növbəti mövsüm ərzində plan üzrə sərf olunacaq''.